3 C
Baku
14 Dekabr 2025, 17:22
Baş xəbərİdman

İdmançılarmıza müvafiq vəsiqə və döş nişanları təqdim edildi

Bugun.tv xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov aprel ayı ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları ilə görüşüb.

Tədbirin əvvəlində nazir Fərid Qayıbov nazirliyin Kollegiya qərarı ilə əməkdar məşqçi fəxri adına, idman ustası dərəcəsinə layiq görülmüş bəzi mütəxəssislərə və idmançılara müvafiq vəsiqə və döş nişanlarını təqdim edib.


Sonra Azərbaycan idmançılarının beynəlxalq yarışlarda uğurlu çıxışlarını əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə idmançıları salamlayan Fərid Qayıbov onları qazandıqları nailiyyətlər münasibətilə təbrik edib və yeni uğurlar arzulayıb.

Akrobatika, batut, tamblinq və bədii gimnastika, qılıncoynatma, sambo, sumo və digər idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər. Yığma komandaların məşqçiləri isə idmançılarımızın hazırlıq prosesi və uğurları barədə danışıblar.

Görüşdə nazir müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.

Mənbə: Gənclər və İdman Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

İctimai Şura üzvləri nəzarət səfəri ediblər

Aynur Camal

4,8 milyon funt sterlinq dəyərində qızıl tualet oğurlandı

Aynur Camal

Gürcüstanda dövlət bayraqları endirildi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu