14 C
Baku
22 Noyabr 2024, 7:05
Baş xəbərİdman

İdmançımız Avropa birinciliyində qızıl medal qazandı-FOTO

26 iyul – 3 avqust tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.

Bu barədə Bugun.tv-yə Azərbaycan Ağır Atletika Federasiyasının idarə heyətinin üzvü Anar Hüseynov məlumat verib.

A.Hüseynov bildirib ki, yarışda 34 ölkədən 394 atlet (187 qadın və 207 kişi) iştirak edir. Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulurlar.

İdmançımız Ömər Cavadov da bu gün körpücük üzərinə çıxıb. O, yaşı 23-ə qədər olan atletlər arasında 73 kq çəki dərəcəsində qüvvəsini sınayıb. 

Atletimiz birdən qaldırma hərəkətində 152 kq-ı ram edib və bu hərəkətdə Avropa birinciliyi qazanıb. 

Cavadov təkana qaldırma hərəkətində 165 kq-ı qaldırıb və bu hərəkətdə 4-cü olub.

Toplam 317 kq (152+165) nəticə göstərən Ömər yekun sıralamada da 4-cü yeri tutub.

Nigar Məmmədova

Oxşar xəbərlər

Çexiyanın ali məktəblərdə təhlükəsizlik tədbirləri gücləndiriləcək

İntizar Əmirova

Mersində 18 mərtəbəli binada yanğın baş verib

Bugün TV

Sərnişin avtobusu sürüşərək yoldan çıxdı: 1 yaralı var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu