Baş xəbərSiyasət

“İdmanda qazanılan nailiyyətlər dövlət siyasətinin nəticəsidir”

Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində Azərbaycan bir çox sahələrdə regionun lider dövlətinə çevrilib. Dövlət gücünün ildən-ilə artması idmanın inkişafına da müsbət təsir göstərib. Hazırda paytaxtla yanaşı, regionlarda da çoxsaylı Olimpiya idman kompleksləri və müasir idman qurğuları istifadəyə verilib, maddi-texniki baza gücləndirilib.

Bu barədə məlumatı deputat Ceyhun Məmmədov öz sosial media hesabında paylaşıb. Qeyd olunub ki, görülən bu işlər idmançıların yerli və beynəlxalq turnirlərdə qazandıqları uğurlarda mühüm rol oynayır.

Paylaşımda bildirilib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasını ədalət prinsipi təşkil edir. Dövlət başçısı həm Azərbaycana qarşı, həm də dünyada mövcud olan ədalətsizliklərə münasibətdə mövqeyini açıq şəkildə ortaya qoyur.

Deputat vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası hər bir vətəndaş üçün qürur mənbəyidir və bu qələbə xüsusilə gənclər üçün mühüm stimul olmalıdır. Onun sözlərinə görə, döyüş meydanında qazanılan zəfərlər idman və təhsil sahələrində də davam etdirilməlidir və Azərbaycan artıq qalib xalq kimi dünyada qəbul olunur.

Ceyhun Məmmədov qeyd edib ki, bu gün Azərbaycan idmançıları ölkəni beynəlxalq arenada ləyaqətlə təmsil edirlər. Bu baxımdan Prezidentin idmançılarla görüşləri, onların mükafatlandırılması xüsusi əhəmiyyət daşıyır və artıq ənənəyə çevrilib.

Paylaşımda həmçinin bildirilib ki, idmançıların və idman mütəxəssislərinin mükafatlandırılması onları daha da ruhlandırır və yeni uğurlara sövq edir. Dövlət tərəfindən yaradılan şəraitin qarşıdakı illərdə daha yüksək nəticələrlə müşayiət olunacağına əminlik ifadə edilib.

Deputat Azərbaycanın beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi etdiyini də xatırladıb. Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və COP29 beynəlxalq iqlim konfransının yüksək səviyyədə təşkili ölkəmizin artan nüfuzunun göstəricisi kimi dəyərləndirilib.

Qeyd olunub ki, Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi Azərbaycanda idmana göstərilən diqqətin və görülən işlərin beynəlxalq səviyyədə qiymətləndirilməsidir. Keçən illə müqayisədə qazanılan medalların sayının artması da aparılan ardıcıl dövlət siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilib.

Sonda bildirilib ki, Prezident İlham Əliyevin idmanın inkişafı istiqamətində həyata keçirdiyi siyasət və qəbul etdiyi qərarlar qarşıdakı illərdə də Azərbaycan idmanının yeni zirvələr fəth edəcəyinə və idmanın kütləviləşməsinin yeni mərhələyə qədəm qoyacağına əsas verir.

Aynur Camal

Oxşar xəbərlər

Bakıda “Mərhəmət gecəsi” adlı xeyriyyə tədbiri keçiriləcək

Aynur Camal

İlham Əliyevin Efiopiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub, sənədlər imzalanıb

Aynur Camal

Deputat gənclərə çağırış etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu