20 C
Baku
1 İyun 2025, 22:22
Dünya

İfrat sağçı İsraillilər Qəzzaya gedən yardım maşınlarının qarşısını almağa çalışırlar

İsrailin ifrat sağçı qrupları Təl-Əviv hökumətinin Qəzzaya zəruri yardımların buraxılması qərarına etiraz edərək, bölgəyə gedən Kerem Əbu Səlim sərhəd keçid məntəqəsi yaxınlığında humanitar yardım daşıyan yük maşınlarının qarşısını almaq üçün hərəkətə keçib.

İfrat sağçı qruplar sosial şəbəkələrdəki çağırışdan sonra Qəzza zolağına yardımların göndəriləcəyi Kerem Əbu Səlim Sərhəd Qapısı ətrafında toplaşıblar.

Bölgəyə sıx şəkildə yerləşdirilən İsrail polisi ara-sıra ifrat sağçı qruplara müdaxilə edib.

Hərbi maşının göndərilməsini alqışlarla qarşılayan ifrat sağçı israillilər, yardım maşınlarının sayının az olmasına reaksiya verərək, onların trafikdə irəliləməsinə mane olmağa çalışıblar.

Sağçı ekstremistlərə qarşı çıxan bir qrup israilli hüquq müdafiəçisi də həmin əraziyə gəlib.

İki qrup arasında zaman-zaman şifahi qarşıdurmalar yaşanarkən, İsrail polisi tərəfləri ayırmaq üçün müdaxilə edib.

“Onlar bizim düşmənimizdir”

İfrat sağçı qrupdan olan Michael Rascass, yardımın girişini əngəlləmək üçün nümayişə qatıldığını və bunu İsrail məhbuslarını Qəzza zolağından geri qaytarmaq üçün etdiyini iddia edib.

Rascass, məhbusları Qəzzadan gətirmək üçün “həm hərbi, həm də hər cür təzyiqdən istifadə etmələri lazım olduğunu” iddia edərək, Baş nazir Binyamin Netanyahunun beynəlxalq təzyiqlərlə üzləşdiyini və əks təzyiq tətbiq etməyə çalışdıqlarını bildirib.

Qəzzada fələstinlilərin aclıqdan ölməsinə icazə verilməsinin əxlaqi olub-olmaması ilə bağlı suala Rascass belə cavab verib: “Onları yedizdirmək mənim məsuliyyətim və ya borcum deyil. Əxlaqi olan məhbusları geri qaytarmaqdır” ifadəsini işlədib.

“Biz etnik təmizləmə və soyqırıma yol verə bilmərik”

Hüquq müdafiəçisi Sahal bura humanitar yardımın Qəzzaya daxil olmasını təmin etmək üçün gəldiyini bildirib.

İnsanların əsas qida və dərmanlardan məhrum edilməsini “qəbuledilməz” hesab etdiyini ifadə edən Sahal, “Yəhudilərin öz tarixlərini unutmaları, onlara bir vaxtlar yardım göstərilməməsi çox üzücüdür. Bu, amansızdır. Ümid edirəm ki, onlar (həddindən artıq sağçı ekstremistlər) yaşadığımız bu torpağı daha yaxşı etmək üçün bunu başa düşürlər. Biz insanların soyqırımına məruz qalmasına və İsrailin beynəlxalq ictimaiyyətin soyqırımına qarşı təzyiqlərini davam etdirməsinə icazə verə bilmərik” deyə danışıb.

Əsas məbləğdə humanitar yardıma icazə verildi

Xatırladaq ki, İsrail 7 oktyabr 2023-cü il tarixindən etibarən hücumlara başladıqdan və martın 2-dən etibarən humanitar yardımın girməsinə icazə verməyərək fəlakətə səbəb olan beynəlxalq reaksiyalar səbəbilə Qəzza zolağına əsas miqdarda humanitar yardımın daxil olmasına icazə verməyə qərar vermişdi.

Qəzza zolağında 2 milyondan çox fələstinliyə yardım çatdırmaq üçün 2 gündə 100-dən az yük maşınının bölgəyə girdiyi açıqlanıb və Birləşmiş Millətlər Təşkilatı (BMT) yardımın fələstinlilərə paylana bilməyəcəyini açıqlayıb.

Qəzza rəsmiləri, İsrailin icazə verdiyi yardımı bölgədəki insanların ehtiyacları ilə müqayisədə “denizdə bir damla” olaraq qiymətləndirərək Qəzzaya “həqiqi yardım daxil olmadığını” açıqlayıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İsrail Nusayrat Qaçqın Düşərgəsinə hücum etdi: Ən azı 20 nəfər öldü

Aynur Camal

“Müharibə bitmədiyi halda, Ukraynanın NATO-ya üzvlüyü barədə danışmaq çətindir”

Nigar Məmmədova

Bu gün və sabah təhlükəli gündür!

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu