16 C
Baku
16 Oktyabr 2025, 22:15
Baş xəbərDünya

“İğtişaşçılar məsuliyyətə cəlb ediləcək”

Sosial.tv “Report” a istinadən xəbərverirki, , “İranda sabitliyi pozmaq məqsədi daşıyan şəxslər məsuliyyətə cəlb ediləcək”-  bunu “Al-Manar ” telekanalında nazir Əhməd Vahidi bildirib

“Biz İslam hüquq normalarına riayət etməklə iğtişaşlara qarşı mübarizəni davam etdirəcəyik və vətəndaşların hüquqlarını qoruyacağıq. Dövlət qurumlarına və hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum edən bütün iğtişaşçılar məsuliyyətə cəlb olunacaqlar”, – nazir deyib.

İranlı nazir polis bölməsində ürək tutmasından dünyasını dəyişən 22 yaşlı Məhsa Əmininin işi üzrə aparılan istintaqın nəticələrini təqdim edib. Onun sözlərinə görə, tibbi rəydə qızın döyülmədiyi, kəllə sümüyünün sınığı aşkar edilmədiyi bildirilir.

Qeyd edək ki, İranda hicab qaydasını pozduğuna görə 22 yaşlı Məhsa Əmini əxlaq polisi tərəfində qətlə yetirilib. Bu cinayətə qarşı ölkədə genişmiqyaslı etiraz aksiyaları keçirilib.

Aynur Camal

Oxşar xəbərlər

Toyota 1,1 milyon avtomobilini geri çağıracaq

İntizar Əmirova

Türkiyə, Rumıniya və Bolqarıstan Qara dənizdə mina əleyhinə qrupla bağlı Memorandum imzalayıblar

Teymur Əziz

Rusiyada avtobus beton hasara çırpıldı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu