16 C
Baku
16 Noyabr 2025, 3:52
Dünya

İham Əliyev həlak olanlara başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycandan Türkiyəyə gedərkən Gürcüstanda qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C130 hərbi yük təyyarəsindəki əsgərlərin həlak olması ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

İlham Əliyev mesajında ​​bildirib ki, “Gəncədən havaya qalxan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində əsgərlərin həlak olması xəbəri bizi dərindən sarsıtdı”.

İlham Əliyev Türkiyəyə başsağlığı verərək deyib: “Bu çətin anlarda kədərinizi bölüşür və bu faciə ilə bağlı sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Azərbaycanın müdafiə naziri Zakir Həsənov da Milli Müdafiə naziri Yaşar Gülərə başsağlığı mesajı göndərib.

Milli Müdafiə Nazirliyi (MSB) Azərbaycandan Türkiyəyə uçan C130 hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğradığını açıqlayıb.

Nazirliyin açıqlamasında Azərbaycan və Gürcüstan hakimiyyəti ilə əlaqələndirilərək axtarış-xilasetmə işlərinə başlandığı bildirilib.

Mənbə: Trthaber.com

Aynur Camal

Oxşar xəbərlər

İsrail elan etdi: Həmas lideri Qəzzada öldürüldü

Aynur Camal

“Ukrayna Macarıstanın Milad atəşkəs təklifini rədd etdi”

Aynur Camal

66 ildən sonra Fransa kubokunda bir ilk yaşandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu