12 C
Baku
18 Fevral 2026, 17:50
Baş xəbər

II Şuşa Qlobal Media Forumunda dezinformasiyanın yayılma arealının müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılır

“Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda təşkil olunan 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək” adlı birinci panel sessiya iyulun 21-də işə başlayıb.

Bugun.tv xəbər verir ki, sessiya üzrə ən son yeniliklər nəzərə alınmaqla, dezinformasiya anlayışının təhlili, yeni media müstəvisində dezinformasiya dinamikalarının, mənbələrinin və növlərinin araşdırılması, müasir informasiya platformaları üzrə dezinformasiyanın yayılma arealının müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılır.

Qeyd edək ki, 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun nümayəndələrinin qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır.

Mənbə: azertag.az

Aynur Camal

Oxşar xəbərlər

E vitamini ilə zəngin 7 məhsul — sağlamlığa faydaları ilə

Aynur Camal

Pişiyin burnu niyə unikaldır? Onun funksiyaları açıqlanıb

Aynur Camal

Zəngin qadınlar necə geyinir? Kopyalamağa dəyər 5 əsas detal

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu