31 C
Baku
25 İyul 2025, 18:38
Baş xəbərSiyasət

“III Şuşa Qlobal Media Forumu həm rəmzi, həm də strateji əhəmiyyətə malikdir”

“İyulun 19-da Xankəndidə keçirilən “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu müstəqil milli mətbuatımızın 150 illiyi ərəfəsində keçirilməsi baxımından həm rəmzi, həm də strateji əhəmiyyətə malikdir. Bu mühüm tədbir informasiya və media mühitində gedən qlobal proseslər fonunda Azərbaycanın təşəbbüskar, ağıllı və proqressiv yanaşmasının daha bir təzahürüdür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən və praqmatik liderliyi sayəsində ölkəmiz təkcə enerji və nəqliyyat sahəsində deyil, eyni zamanda informasiya, rəqəmsal texnologiyalar və media təhlükəsizliyi istiqamətində də beynəlxalq səviyyədə etibarlı tərəfdaşa çevrilmişdir. Məhz dövlət başçımızın iradəsi və siyasi qətiyyəti nəticəsində son illər informasiya təhlükəsizliyinin təmin olunması, milli media sisteminin inkişafı və rəqəmsal suverenliyin qorunması istiqamətində mühüm islahatlar həyata keçirilmişdir.

Qlobal çağırışlara cavab olaraq Azərbaycanın informasiya məkanını süni intellekt və rəqəmsal texnologiyaların yeni imkanları ilə təchiz etməsi, bu sahədə strateji baxış ortaya qoyması birbaşa cənab Prezident İlham Əliyevin ölkəmizin gələcəyinə hesablanmış inkişaf kursunun tərkib hissəsidir.

Forumun məhz Xankəndidə keçirilməsi isə həm rəmzi, həm də siyasi baxımdan olduqca dəyərlidir. Bu torpaqlar artıq təkcə tarixi-mədəni irsimizin deyil, eyni zamanda beynəlxalq intellektual əməkdaşlığın, qlobal dialoqun, texnoloji və informasiya mübadiləsinin də mərkəzinə çevrilir. Bu, Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan sonra yeni inkişaf mərhələsinə qədəm qoyduğunun ən aydın göstəricilərindəndir.

Eyni zamanda forum informasiya dayanıqlılığı, media savadlılığı, dezinformasiyaya qarşı mübarizə və süni intellektin mediada tətbiqi kimi mühüm məsələlərin müzakirəsi baxımından beynəlxalq ekspertlər üçün əvəzsiz bir platformadır. Burada aparılan diskussiyalar, qarşılıqlı fikir mübadilələri və tövsiyələr Azərbaycanın bu sahədə mövqeyini daha da möhkəmləndirəcək, beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirəcəkdir.

Cənab Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, müasir dövlətin gücü təkcə onun iqtisadi və hərbi potensialı ilə deyil, informasiya savaşlarındakı mövqeyi və ideoloji hazırlığı ilə də ölçülür. Bu baxımdan, Şuşa Forumunun Azərbaycanın informasiya təhlükəsizliyinə, milli medianın dayanıqlılığına və texnoloji tərəqqiyə verdiyi töhfə olduqca dəyərlidir.

Bu nəhəng tədbirin yüksək səviyyədə keçirilməsi münasibətilə təşkilatçılara, media nümayəndələrinə və forum iştirakçılarına təşəkkürümü bildirir, əmin olduğumu vurğulayıram ki, bu forum Azərbaycanın informasiya sahəsində beynəlxalq liderlik təşəbbüslərini daha da gücləndirəcək və ölkəmizin nüfuzunu yeni zirvələrə daşıyacaq”.

Fatma Yıldırım

Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Aynur Camal

Oxşar xəbərlər

Estoniyanın baş naziri Putini prezident adlandırmaqdan imtina etdi

Bugün TV

42 yaşlı qadın AXTARILIR

Nigar Məmmədova

Andrey Kostin: “Ukraynalıların deportasiyası Rusiya Federasiyasının soyqırımıdır”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu