Bugun.tv xəbər verir ki, Antalyanın Kaş rayonunda iki avtomobilin toqquşması nəticəsində bir uşaq ölüb, 8 nəfər yaralanıb. Kaş-Seydikemer D-400 avtomobil yolunda Mahmut Tolqa Aksoyun idarə etdiyi avtomobil qarşı tərəfdən gələn Yaşar Uçarın idarə etdiyi avtomobillə toqquşub.
TRT Haber-in məlumatına görə, xəbər üzərinə çoxlu 112 Təcili Sağlamlıq, polis və xilasetmə qrupları qəza yerinə sövq edildi. Qəzada yaralanan sürücülər və avtomobillərində olan sərnişinlər İlknur, Xədicə, Əli Ayaz və Mustafa Poyraz Aksoy, Gizem, Elif Ezgi və Esila Erva Kızıler təcili yardımla Kaş Dövlət Xəstəxanasına aparılıb.
Yaralılardan 3 yaşlı Mustafa Poyraz Aksoyun müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb. Aksoyun cəsədi yarılma üçün Antalya Ədliyyə Tibb Təşkilatı meyitxanasına aparılıb.
Aksoyun cənazəsi buradakı əməliyyatlardan sonra yaxınlarına təhvil verilib.
Digər tərəfdən, aldığı xəsarətləri həyati təhlükəsi olmayan digər yaralıların isə müraciət etdikləri xəstəxanalarda müalicələrinin davam etdiyi öyrənilib.