18 C
Baku
23 Oktyabr 2025, 17:29
Baş xəbərKriminal

Ər həyat yoldaşı ilə birgə qətlə yetirilib

Daxili İşlər Nazirliyi məlumat yaydı

Bugun.tv xəbər verir ki, Daşkəsən Rayon Polis Şöbəsinə rayonun Mədənçilər qəsəbəsindəki evlərdən birində 2 nəfərin meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Dərhal Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı rayon sakinləri 1937-ci il təvəllüdlü Məhərrəm Məmmədov və onun həyat yoldaşı 1946-cı il təvəllüdlü Pəri Məmmədovun küt alətlə qətlə yetirilmələri məlum olub.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində aparılan əməliyyat nəticəsində qətli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş, 40 yaşlı Mədənçilər qəsəbə sakini Şahin Ələsgərov polis əməkdaşlarının keçirdikləri isti izlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Bugün TV

Oxşar xəbərlər

48 qeyri-qanuni immiqrant tutuldu, 83 qeyri-qanuni immiqrant xilas edildi

Aynur Camal

Gədəbəy şəhid ailələrinin üzvlərinin Şuşaya səfəri təşkil olundu

İntizar Əmirova

Sel və leysan yağışlarının təsiri

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu