Məlumdur ki, iki dildə danışmaq bir çox sahələrdə insanlara çoxsaylı üstünlüklər verir. Yeni bir araşdırma iki dil bilmənin başqa bir faydasına diqqət yetirib. Belə ki, bu cür insanlarda beyin tez qocalmır, yaşlandıqca həyatda yaddaş problemləri riski azalır.
Bugun.tv-nin əldə etdiyi məlumata əsasən, Almaniyada yüzlərlə yaşlı xəstəni tədqiq edən tədqiqatçılar, gənc yaşlarından hər gün iki dildən istifadə etdiyini bildirənlərin öyrənmə, yaddaş, dil və iradə testlərində yalnız bir dildə danışan xəstələrdən daha yüksək bal topladığını aşkar ediblər.
Bu tapıntılar – ikidilliliyin yaşlılarda demans (beyin zəifliyi) və idrak qabiliyyətinin azalmasından qoruduğunu Neurobiology of Aging jurnalının 2023-cü il aprel sayında da dərc edilib. Qeyd olunub ki, alimlərin bu tapıntıları son 20 illik araşdırmalarına da əlavə olunub.
Kolumbiya Universitetinin neyropsixoloqu Miguel Arce Rentería deyir: “Testləri yaddaş problemi olanlar və olmayanlar üzərində apardıq. Hamısı müxtəlif lüğət, diqqət və hesablama tapşırıqları üzərində sınaqdan keçirildi. Hər gün ikinci dildən istifadə etdiyini bildirən 13-30 və ya 30-65 yaşlı iştirakçılar bu yaşda ikidilli olmayanlara nisbətən dil, yaddaş, diqqət, diqqət və qərar qəbul etmə bacarıqlarında daha yüksək nəticə göstərdilər. İki və daha çox dil bilmənin həyatda koqnitiv sağlamlığa faydalı təsir göstərdiyini bildirmək məni alim kimi çox həvəsləndirir”.

Mənbə: TRThaber
