20 C
Baku
13 Oktyabr 2025, 12:20
Dünya

İki dövlətli həll ideyası yenidən doğuldu

Qəzza zolağında soyqırımını davam etdirən İsrail Fələstin dövləti ehtimalını aradan qaldırmaq üçün İordan çayının qərb sahili və Şərqi Qüdsü işğalını daha da artırdı. Bu haqsızlığa qarşı olaraq da Böyük Britaniya dünən Fələstini rəsmən tanımaq üçün tarixi bir qərar verdi.

Britaniyanın baş naziri Starmer “iki dövlətli həll”ə işarə edib.

Londonun qərarına Avstraliya, Portuqaliya və Kanada da qoşulub və BMT-nin Nyu-Yorkda bugünkü konfransında Fələstini tanıyan ölkələrin sayının əhəmiyyətli dərəcədə artması gözlənilir.

Baş nazir Keir Starmer dünənki tarixi çıxışında vurğulayıb ki, bu gün Böyük Britaniya Fələstin Dövlətini rəsmən tanıyır. İstəyimiz fələstinlilər və israillilər üçün sülh və iki dövlətli həll ümidini canlandırılmasıdır”.

Starmer 6 dəqiqə, 21 saniyəlik videomüraciətində həmçinin, tanınma qərarının HƏMAS üçün mükafat olmadığını və təşkilat liderlərinə qarşı yeni sanksiyaların tətbiq ediləcəyini bildirib.

1948-ci ildə Fələstində yəhudi dövlətinin yaradılması ilə nəticələnən Baş nazir Lloyd Corc rəhbərliyindəki Britaniya Müharibə Nazirləri kabinetində o zaman xarici işlər naziri olmuş Artur Balfour tərəfindən 1917-ci ildə irəli sürülən Balfour Bəyannaməsinin memarı olan Britaniya indi də İsrailin Yaxın Şərqdə iki il yaxın “qırmızı xətt”i buraxmamasından sonra Fələstini tanımaq qərarını imzalayıb.

Londonun Parislə birgə atdığı bu addımın ABŞ-ın dəstəklədiyi İsrail siyasətləri səbəbiylə az qala yarımçıq qalmış iki dövlətli həll ideyasını yenidən gündəmə gətirdiyi hesab edilir. Starmer iyul ayında bəyan etmişdi ki, əgər İsrail müəyyən şərtləri yerinə yetirməsə sentyabrda Fələstin Dövlətini tanıyacaqlar.

Bu hadisə tarixi yolda nə anlama gəlir?

Tanınma sayəsində Böyük Britaniya Fələstinlə beynəlxalq müqavilələr imzalaya biləcək və Fələstinin Londondakı nümayəndəsi tam səfir statusu qazanacaq. Bundan başqa, bəzi ekspertlərin fikrincə, bu qərar işğal olunmuş ərazilərdə istehsal olunan İsrail mallarını boykot etmək üçün Böyük Britaniyaya təzyiqi artıra bilər. Bu addım həm də Fələstinin gələcəyi ilə bağlı siyasi mesaj kimi qiymətləndirilir. Bu, İsrailin Fələstin dövlətini tanımaqdan imtina etməsinə reaksiyadır. Bundan başqa, İsrailin İordan çayının qərb sahilini ilhaq etməsi və ya Qəzzanı yaşayış üçün yararsız hala salması və fələstinliləri İordaniya və Misirə deportasiya etməsi beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurur. Bu ssenarilər müstəqil Fələstin dövlətinin yaradılmasını qeyri-mümkün edə bilər.

KANADA, AVSTRALİYA, PORTQALİYA

Starmerin bəyanatından bir qədər əvvəl Kanadanın Baş naziri Mark Karni Kanadanın Fələstini tanıdığını elan etdi. O, İsrail hökumətinin sistematik olaraq Fələstin dövlətinin qurulmasına mane olmaq üçün çalışdığını, İordan çayının qərb sahilində beynəlxalq hüququ pozan amansız məskunlaşma siyasəti yürütdüyünü, Qəzzada on minlərlə dinc sakinin ölümünə, bir milyondan çox insanın didərgin düşməsinə səbəb olduğunu və beynəlxalq hüququn dağıdıcı və qarşısı alına bilən aclığa səbəb olduğunu bildirib. Karni bəyan edib ki, ölkəsi bölgədə dinc iki dövlətli gələcək qurmaq üçün Fələstini tanıyır. Avstraliya və Portuqaliya da Fələstin dövlətini tanıdıqlarını elan ediblər. Fələstini dövlət kimi tanıyan BMT-yə üzv ölkələrin sayı 151-ə çatıb.

Bu arada, bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası üçün toplaşan liderlər Fələstin probleminin iki dövlətli həllinin həyata keçirilməsinə dair beynəlxalq konfransda iştirak edəcəklər.

Konfransda bir çox digər ölkələrin Fələstini dövlət kimi tanımaq qərarını açıqlayacağı gözlənilir.

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-dan qayıtdıqdan sonra İngiltərə, Kanada və Avstraliyanın Fələstin dövlətini tanımaq qərarlarına cavab verəcəyini bildirib və “Gözləyin və baxın” deyib. Netanyahu işğal altındakı Fələstin torpaqlarını qəsb edərək qurduqları qeyri-qanuni yəhudi məskənlərinin sayını iki qat artırdıqlarını və bu yola davam edəcəklərini bildirib.

İsrail Xarici İşlər Nazirliyi X sosial media platformasında verdiyi açıqlamada da, “İsrail Böyük Britaniya və bəzi digər ölkələrin Fələstin Dövlətinin tanınması ilə bağlı verdiyi birtərəfli bəyannaməni qəti şəkildə rədd edir” deyib. İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir də Fələstin Dövlətinin tanınmasına cavab olaraq Nazirlər Kabinetinin növbəti iclasında İordan çayının qərb sahilinin ilhaqı məsələsini qaldıracağını açıqlayıb.

İSRAİLDƏ FƏLƏSTİN ÜÇÜN İMZA KAMPANİYASI

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası ərəfəsində İsraildə 60-dan çox sülh və barışıq təşkilatı Fələstin dövlətinin tanınmasına çağırıb. Ən böyük sülh təşəbbüsü olan “İt’s Time Koalisiyası” adından danışan Ran Yaron, kampaniya videosunun “Qəzzada müharibənin dayandırılması, məhbusların azad edilməsi və Fələstin dövlətinin tanınması tarixi bir fürsətdir” mesajını verdiyini bildirib. Kampaniyanın ən görkəmli simalarından biri olan 49 yaşlı Maoz İnon 2023-cü ilin oktyabrında baş verən hücumlarda ailəsini itirməsinə baxmayaraq, qisas almaq əvəzinə sülhə üstünlük verdiyini bildirib. İnon beynəlxalq ictimaiyyəti Fələstini rəsmən tanımağa çağıraraq, “Qisas ölüləri qaytarmayacaq, bu, yalnız zorakılıq dövrünü daha da gücləndirir” deyib.

Fələstin 1920-ci ildən 1948-ci ilə qədər İngiltərə mandatı altında qalmışdı. Bölgənin siyasi tarazlığı və ictimai quruluşu bu dövrdə İngiltərə siyasəti ilə formalaşdı. Ona görə də İngiltərənin Fələstini dövlət kimi tanıması mühüm tarixi əhəmiyyət kəsb edir.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

12 yaşayış məntəqəsi ələ keçirildi

Aynur Camal

Zelenski əsgərlərə qarşı edilən vəhşiliyə reaksiya verdi

Aynur Camal

Təyyarənin tualetində halı pisləşən pilot öldü

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu