15 C
Baku
24 Aprel 2025, 23:22
Sosial

“İki ildir bütün xəstəxaları gəzmişik, dərdimizə çarə tapan yoxdur”

İki il bundan öncə övladının halı anidən pisləşən ana həkimə müraciət edib.  Bu barədə vətəndaş Adilə Nəsiyeva Bugun.tv-yə danışıb. O, oğlu Şöhrət Nəsiyevin xəstəliyi ilə bağlı Milli Onkologiya Mərkəzinə müraciət etdiyini, ancaq aparılan müayinə və müalicələrdən narazı qaldığını deyir. “Övladımın sarkama xəstəliyinə düçar olduğunu dedilər. İki il bundan öncə Sabunçu xəstəxanasında olduq. Müayinələrdən keçdik, dedilər qulaq dibidir. Sonra kompüter tomoqarafiyasına apardıq. KT-ya salındıqdan sonra bizi göndərdilər onkologiyaya. Orada biobsi götürüldü. Baş həkim bildirdi ki, alt çənə nahiyyəsində bəd xassəli törəmə (şiş) var. Təcili kimya qəbul olunmalıdır. 14 dəfə kimyaterapiyadan keçməli idi, 6-sını qəbul etdi. Uşağım artıq dözə bilmədi və bu müalicəni dayandırdıq. Çünkü bu ona çox pis təsir edirdi”.

Sonra şüaterapiya qəbul edən Şöhrət Nəsiyevin halı yenə pisləşib. “Aldığı müalicə oğluma çox pis təsir etdiyi üçün dedi ki, birdə ora getmərəm. Daha sonra bir çox həkimlərdə olduq və bizə bildirdilər ki, nahaq kimyaterapiya qəbul etmisiz. Bu olmasaydı rahat müalicəyə götürərdik. Mənim uşağımda bəd xassəli şiş olsaydı 2 ildə bütün bədəninə yayılardı. Onkologiyaya inamım qalmayıb və ora getməkdən imtina edirəm. Mən kasıb vətəndaşam. Prezidentim, xalqım kömək etsin övladımı aparım xarici ölkəyə müayinə və müalicə olunsun. Orda müalicəsi də var”.

Qeyd edək ki, xəstəliyə düçar olan Şöhrət Nəsiyevin 18 yaşı var. Ucar rayonun Səfərbərlik və Hərbi Xidmətə Çağırış idarəsindən hərbi xidmətə çağırılsa da daha sonra xəstə olduğu üçün aparılmayıb. İndi ananın ən böyük arzusu, övladının sağalması və vətənə olan borcunu qaytarmasıdır.

Bu ailəyə – xəstə Şöhrət Nəsiyevin müalicəsinə köməklik göstərmək istəyən şəxslərdən aşağıdakı kart hesabına ianə etmələri xahiş olunur.

Sevinc Sadıqova

Oxşar xəbərlər

Vərəm xəstəliyinin bilmədiymiz əsas əlamətləri

Aynur Camal

Qış geyimlərimizi necə qoruya bilərik?

Bugün TV

“Azərbaycan 2020  Gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində bələdiyyələrin gənclər siyasətilə əlaqədar atılan addımlar özünü doğrultmadı.

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu