28 C
Baku
20 İyul 2025, 23:12
Dünya

“İki KTMT ölkəsi müharibə zamanı Azərbaycana kömək edib”

Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan iki ölkəni 2020-ci ildə Dağlıq Qarabağda gedən döyüşlər zamanı Azərbaycana kömək etməkdə ittiham edib. Bu barədə News.am məlumat yayıb.

“2020-ci ildə müttəfiqlərimiz bizim tərəfimizdə deyil, müharibəyə hazırlıqda iştirak etdilər. Mən iki KTMT ölkəsini tanıyıram ki, onlar bizə qarşı müharibəyə hazırlıqda iştirak ediblər”, – Paşinyanın sözlərini yazır. Lakin bu ikisinin hansı ölkələr olduğu açıqlanmayıb.

Bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Eyvazov Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasının hələ də davam etdiyini bildirmişdi. Bununla belə, yaxın vaxtlarda tamamlanacaq. RT xəbər verir ki, bu tədbirdə Azərbaycan və Rusiya Federasiyasının yüksək rütbəli zabitləri iştirak etmişdi.

Mənbə: Amp.News

Aynur Camal

Oxşar xəbərlər

Livanda dinc əhali qətlə yetirilir: 31 şəhid

Aynur Camal

Bildiyimiz kəklikotu bir çox xəstəliyin dərmanı çıxdı

Aynur Camal

ABŞ-ın dövlət borcu 34 trilyon dolları ötdü

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu