21 C
Baku
11 İyun 2025, 2:17
Baş xəbərDünya

İki ölkənin sərhədləri dəyişdi! Xəritə yenidən çəkiləcək

Qlobal iqlim dəyişikliyi Avropanın 2 ölkəsinin sərhədlərinin dəyişməsinə səbəb olub. İsveçrə və İtaliyada buzlaqların əriməsi bu qərarın alınmasına səbəb olub.

İki ölkə arasındakı xəritə yenidən çəkildi

Dünyanın hər yerində yaşanan iqlim böhranı ölkələrin xəritələrini dəyişməsinə səbəb olub. Avropada əriyən buzlaqlar İsveçrə və İtaliyanın sərhədlərini dəyişib. İki ölkə Matterhorn sammitində müəyyən edilən sərhədin dəyişdirilməsi ilə bağlı razılığa gəlib.

Qlobal iqlim dəyişikliyi səbəbindən Avropada buzlaqlar sürətlə əriyir. Guardian qəzetində yer alan xəbərə görə, İsveçrə hökuməti ölkə sərhədinin əhəmiyyətli hissəsinin buzlaqlar tərəfindən müəyyən edildiyini və ərimə səbəbiylə belə bir dəyişikliyin edildiyini bildirir. Bloomberg-in xəbərinə görə, bu dəyişiklik Zermattdakı xizək kurortuna da təsir edəcək.

Bildirilir ki, dəyişikliklər 2023-cü ilin may ayı üçün komissiya tərəfindən qəbul edilib və ötən cümə günü rəsmən təsdiqlənib. Qərarın İtaliyanın imzası üçün qaldığı bildirilir.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Netanyahunun iqamətgahı hücumdan sonra ilk dəfə görüntüləndi!

Aynur Camal

Atışma nəticəsində 9 nəfər yaralandı

Bugün TV

Braziliyada isti hava rekord qırdı: 60,1 dərəcə!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu