10 C
Baku
29 Mart 2026, 23:52
Baş xəbərDünya

İki ölkə arasında danışıqlar başladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadakı münaqişənin həlli üçün Vladimir Zelenski ilə ikitərəfli danışıqlara başlayıb, Türkiyə liderinin ofisindən bildirilib.

Zelenski bazar ertəsi axşam Ankaraya gəlib. Daha əvvəl jurnalistlərə açıqlamasında o, Ərdoğanla Ukrayna üçün Türkiyənin də təmin edə biləcəyi təhlükəsizlik zəmanətlərini müzakirə etmək niyyətində olduğunu bildirib.

Həmin gün səhər saatlarında Ər-Riyadda yüksək səviyyəli Rusiya-Amerika danışıqları baş tutub. Rusiyanı danışıqlar masasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov təmsil edir. Onlarla qarşı-qarşıya üç amerikalı danışıqlar aparır: ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Vals, dövlət katibi Marko Rubio və Amerika liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steven Witkoff. Stolun başında Səudiyyə Ərəbistanının nümayəndələri dayanır. Uşakovun qeyd etdiyi kimi, danışıqlarda söhbət Ukrayna üzrə danışıqlara necə başlamaq barədə razılığa gəlməkdən gedir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu