21 C
Baku
11 İyun 2025, 2:17
Mədəniyyət

“İki Qəhrəman”- faşizm üzərində qələbə – 80 il

İkinci Dünya müharibəsi bəşəriyyət tarixində ən böyük hərbi-siyasi münaqişə olub. Və Azərbaycan xalqının da faşizm üzərində qələbə qazanmasında rolu danılmazdır. İndi bu qələbədən 80 il ötür.

Bugun.tv xəbər verir ki, qələbənin 80 illiyi münasibətilə “İki qəhrəman” – Mehdi HüseynzadəMəmmədhüseyn Əsədov haqqında kitabın təqdimatı baş tutub.

Təqdimatda həmçinin 44 günlük Vətən müharibəsində şəhid olan Rauf İbadov Məhərrəm oğlunun qəhrəmanlığından və şəhidimizə həsr olunmuş “Haqq Rəssamı Rauf İbadov” kitabının işıq üzü görməsindən danışılıb.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin yad olunması və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə 4 saylı Yasamal Kitabxanasının direktoru Kamilə Novruzova açıb.

Faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş sözügedən bu tədbirdə “İki Qəhrəman” və “Haqq Rəssamı Rauf İbadov” adlı kitabın müəllifləri filoloq, yazar Azər Hacıbəyli və Məmmədtağı Abbasov kitabın məzmunu ilə iştirakçıları tanış edib. Qəhrəman Mehdi Hüseynzadənin bacısı oğlanları Hənif Əlizadə və Mehdi Əzizbəyovun öz dayıları haqqında çıxışları iştirakçıların marağına səbəb olub.

Əslən İrəvanlı, Qərbi Azərbaycan İcmasının üzvu, Silahlı Qüvvələrin veteranı Gülçöhrə xanım Qənizadə də Vətən uğrunda mübarizə aparan qəhrəmanlarımızdan danışıb və yazarlara xeyir duasını verib. Daha sonra çıxış üçün digər tədbir iştirakçılarına və qonaqlara da söz verilib.

Həmçinin, tədbirdə ll Qarabağ müharibəsi şəhidinin atası Məhərrəm İbadov Raufun yaradıcılığından və Vətənə olan sevgisindən danışıb.

Sonda iştirakçılara təqdimatı keçirilən kitablar hədiyyə olunub.

Rəsmi hissədən sonra qonaqlarla çay süfrəsi arxasında səmimi müzakirələr zamanı Azər Hacıbəyli yaradıcılıq planları və yaxın vaxtlarda təqdim olunacaq yeni kitabları haqqında məlumat verib. Əsasən Azərbaycanın fədakarlıq məktəbi və Qərbi Azərbaycana qayıdış mövzusunu prioritet seçən Azər Hacıbəyli hazırda iki kitab üzərində çalışır: “Nüvədidə görüşərik” və “Haqq şairi”. Onu da qeyd edək ki, Yazıçının anası Sona Hacıyeva əslən Zərgəzurun Qarakilsə bölgəsinin Sofulu kəndindəndir.

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycan Kinematoqrafçılar İttifaqı 2022 il üçün hesabatını yayıb

Aynur Camal

Balıqların məktubu…

Aynur Əfəndi Zadə

Bu gün yazıçı-nasir, kinoredaktor Fərman Kərimzadənin doğum günüdür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu