Bugun.tv xəbər verir ki, ABŞ-da 1980-ci illərdə iki qadını öldürən cinayətkar həbs edilib. Bu barədə Daily Beast məlumat yayıb.
Polis cinayət yerindən götürülmüş DNT-nin genetik şəcərə araşdırmasından məlumat aldıqdan sonra 65 yaşlı Elroy Harrison nəzarətə götürülüb. Müstəntiqlər indi əmindirlər ki, 1986-cı ildə 32 yaşlı Jaklin Lard və 1989-cu ildə 18 yaşlı Emi Beykerə hücum edən Harrison olub.
Lard DEA zabitinin arvadı olub. Onun iki övladı qalıb. FTB dərhal işə qarışıb. Lakin 38 il ərzində istintaqda heç bir irəliləyiş olmayıb. Harrison Beykeri öldürəndə o, orta məktəbi təzəcə bitirib. Qohumlarını ziyarətdən evə qayıdııb. Qız evdə görünməyib. Ana axtarışa çıxıb onu tapıb. Aminin anası 989-cu ildə verdiyi müsahibədə “Düşünürəm ki, onu özüm tapdığım üçün sevinməliyəm. Bütün həyatım boyu onun hara getdiyini düşünməkdən daha yaxşıdır” deyib.
Hər iki cinayətin törədildiyi yerdə eyni DNT tapılıb. Lakin hər iki iş 2023-cü ilin sonuna qədər açılmayıb. Məlumdur ki, detektiv Di Kay Vud işə qoşularaq genetik şəcərə texnologiyasından istifadə edib. Bu üsul geniş məlumat bazalarından istifadə edərək naməlum şəxsin qohumlarını müəyyən etməyə və onun şəxsiyyətini müəyyənləşdirməyə imkan verir.
Nəhayət, bu sübut Harrisona işarə edib. Martın əvvəlində ona ilk iş üzrə rəsmi ittiham irəli sürülüb. Onun haqqında indiyədək məlum olan odur ki, 1983-cü ildə bank qarətinə görə həbs edilib.
Müxbir Qaytən Qasımzadə
Mənbə lenta.ru