7 C
Baku
19 Dekabr 2024, 1:27
Digər

İki qonşunun mübahisəsində kim haqlıdır? İlqar Məmmədovun vəkili məsələyə aydınlıq gətirdi

Bugun.tv xəbər verir ki, Son bir neçə həftədir ki, sosial mediada İlqar Məmmədovla bağlı əsassız iddialar yayılıb. Süleyman Süleymanzadə adlı şəxs iddia edir ki, İlqar Məmmədov onun evini sökərək yerində özünə ev tikib.

Məsələylə bağlı açıqlama verən İlqar Məmmədovun vəkili Vüqar Tumasov bildirib ki, məsələyə huquqi baxımdan aydınlıq gətirilib.İlqar Məmmədovun özünə məxsus həyətdə ev tikməsi təsdiqlənib.
Vüqar Tumasov deyir ki, həmin ərazidə Süleyman Süleymanzadənin iddia etdiyi kimi bir ev olmayıb. İlqar Məmmədov qanuni şəkildə özünün olan torpaq sahəsində iş görüb. Halbu ki, Süleyman Süleymanzadə iddia edir ki, onun villası sökülüb.

Vüqar Tumasovun sözlərinə görə, Süleyman Süleymanzadənin torpaq iddiasına uyğun olaraq çıxarışı olsada, torpaq sahəsində hansısa evi olmayıb və evin olması ilə bağlı sənədləri yoxdu.
Qeyd edək ki, ərazinin böyük hissəsinə malik olan Süleyman Süleymanzadənin 40 sot, İlqar Məmmədovun isə 8 sot torpağa məxsusdur.
Qeyd edək ki, Media nümayəndəsinin qanunsuz olaraq İlqar Məmmədovun evinə daxil olması , eyni zamanda İlqar Məmmədova böhtan atılması ilə bağlı məhkəməyə müraciət ediləcək.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

VIDEO

Mənbə: yenigundem

Aynur Camal

Oxşar xəbərlər

BNA: Avtobusların gecikməsi müvafiq tədbirlərin görülməsini aktuallaşdırır

Nigar Məmmədova

Sahibə Qafarova qadın parlament sədrlərini minalarla bağlı məsələyə diqqət yetirməyə çağırıb

Aynur Camal

Yük maşını ilə mikroavtobus toqquşdu: 1 ölü, 3 yaralı var

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu