19 C
Baku
8 Sentyabr 2024, 3:20
Hadisə

İki yaşlı uşaq yuyucu vasitə içib zəhərləndi

Qax rayonunda iki yaşlı körpə zəhərlənib.

Bugun.tv xəbər verir ki, hadisə rayonun Qaşqaçay kəndində baş verib.

2020-ci il təvəllüdlü Ş.Babayev yuyucu vasitə olan “Vanish” içib və zəhərlənib. Körpə xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Bugun.tv-yə bildirib ki, faktla bağlı Qax Rayon Polis Şöbəsində toplanmış ilkin materiallar araşdırmanın davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib.

 

Nigar Məmmədova

Oxşar xəbərlər

Sərnişin avtobusu yük maşınına çırpıldı: 13 yaralı var

Bugün TV

İşçi avtobusunun baryerə çırpılması nəticəsində 5 nəfər yaralandı

Bugün TV

4,7 bal gücündə zəlzələ baş verdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu