29 C
Baku
28 İyun 2025, 18:39
Hadisə

İki yaşlı uşaq yuyucu vasitə içib zəhərləndi

Qax rayonunda iki yaşlı körpə zəhərlənib.

Bugun.tv xəbər verir ki, hadisə rayonun Qaşqaçay kəndində baş verib.

2020-ci il təvəllüdlü Ş.Babayev yuyucu vasitə olan “Vanish” içib və zəhərlənib. Körpə xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Bugun.tv-yə bildirib ki, faktla bağlı Qax Rayon Polis Şöbəsində toplanmış ilkin materiallar araşdırmanın davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib.

 

Nigar Məmmədova

Oxşar xəbərlər

Şaxtanın çökməsi nəticəsində 7 nəfər öldü

Nigar Məmmədova

Yol qəzası oldu: 6 yaralı var

Bugün TV

İki avtomobil toqquşdu: 2 nəfər öldü, 2 nəfər yaralandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu