Image default
Baş xəbərDünya

İki yeniyetmə oğlanın avtomobil qəzasında həlak olmasından sonra polislə qarşıdurma başlayıb

Bugun.tv xəbər verir ki, yerli polisin məlumatına görə, bazar ertəsi Uels paytaxtı Kardiffdə iki yeniyetmə oğlanın avtomobil qəzasında həlak olmasından sonra iğtişaşlar başlayıb.

Kardiffin Eli bölgəsində avtomobil qəzasının necə baş verdiyi dəqiqləşdirilməyib. Lakin, oğlanların ölümündə zabitlərin əli olduğu bildirilib.

Buna görə də, cənubi Uels polisindən verilən açıqlamada, bir neçə zabitin yaralanması ilə nəticələnən “şiddətli iğtişaş” zamanı avtomobillərin yandırıldığı və əmlakın zədələndiyi səhnələr baş verib.

Baş konstebllin köməkçisi Mark Travisin dediyinə görə, iğtişaşlar səbəbilə qeyri-müəyyən sayda həbslər aparılıb. O, təcili yardım xidmətlərinə qarşı zorakılığı və əmlakın dağıdılmasını “tamamilə qəbuledilməz” adlandırıb.

Sosial mediada paylaşılan görüntülərdə ondan çox polis məmurunun yaşayış yolunun ortasında böyük bir obyekti yandıran çoxlu sayda etirazçını saxlamaq üçün növbə çəkdiyi görünür.

Məlumata görə, hadisə yerinə çevik qüvvələr və qonşu qüvvələrin əməkdaşları da cəlb olunub.

Trevis həlak olanlara başsağlığı verib. “Bunlar icmalarımızda, xüsusən də Ely kimi sıx bağlı bir cəmiyyətdə görməyi gözləmədiyimiz səhnələrdir” deyib.

Mənbə: CNN

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycanda əlil arabasından istifadə edən şəxslər üçün ilk yerli elektrik nəqliyyat vasitəsi təqdim olundu

Aynur Camal

Çin 2030-cu ilədək hər üç avtomobildən birini elektrikli etməyi hədəfləyir

Aynur Camal

Trampın federal komissarları işdən çıxarması ABŞ-da seçki mübahisəsini alovlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu