8 C
Baku
22 Dekabr 2025, 5:17
Baş xəbərDünya

İkisi uşaq olmaqla 31 qeyri-qanuni miqrantın cəsədi tapıldı

Bugun.tv xəbər verir ki, Tunis rəsmiləri ölkənin bəzi sahilyanı ərazilərində 31 qeyri-qanuni miqrantın cəsədinin tapıldığını bildirib.

Milli Təhlükəsizlik Qüvvələrinin sözçüsü Hüsaməddin əl-Cəbabli verdiyi yazılı açıqlamada, ikisi uşaq olmaqla, 30 qeyri-qanuni miqrantın cəsədinin ölkənin cənubundakı Şafaks şəhəri və şərqindəki Mehdiyə şəhəri sahillərində sahilə atıldığını bildirib.

Tunis rəsmisi, sözügedən cəsədlərin ilkin təsbitlərə görə Afrika ölkələrindən gəldiyi düşünülən qeyri-qanuni miqrantlara aid olduğuna diqqət çəkib.

Hər il minlərlə afrikalı qeyri-qanuni miqrant daha yaxşı həyat ümidi ilə Aralıq dənizi vasitəsilə Avropaya çatmaq üçün Tunisə gəlir.

Uzun illər Tunisdə mühacir məhəllələrində yaşayan Sub-Sahara Afrika ölkələrindən olan mühacirlərin bir qismi Avropaya çatmağı bacarır, digərləri isə dənizdə ölür.

Mənbə: TRT

Aynur Camal

Oxşar xəbərlər

Emma Uotsona sürət həddini aşdığı üçün avtomobil idarə etmək qadağan edildi

Aynur Camal

Özünüməşğulluq proqramı iştirakçılarına aktivlər verildi

Aynur Camal

Qərbi İrana yeni hava zərbələri endirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu