Yeni il klassik filmi kimi lentə alınan “Evdə tək”in dəbdəbəli malikanəsi satışa çıxarılıb.
Filmin məşhur evi 12 ildən sonra ilk dəfə satılır. 1990-cı ildə çəkilən və ekranlara çıxdıqdan sonra ikonik bir filmə çevrilən “Evdə tək” malikanəsi 12 ildən sonra yenidən satışa çıxarılıb. Kevin Makkalsterin səriştəsiz oğruları min üsulla dəf etdiyi malikanə 5,25 milyon dollar və ya 170 milyon qiymətlə satışa çıxarılıb.
‘Amerika tarixinin bir parçası’ olaraq xarakterizə edilən malikanədə 5 yataq otağı və 6 vanna otağı var. İnstaqramda paylaşılan videoda ev filmdən kadrlarla birlikdə göstərilib.
Videoda gürcü malikanəsinin çölü, Milad ərəfəsində balaca Kevin (Makoley Kalkin tərəfindən ifa olunur) bu iki oğru ilə məşğul olmaq məcburiyyətində qalanda olduğu kimi görünür. Ancaq içəri girdiyiniz zaman sizi tamamilə yeni bir lüks dünya qarşılayır.
Kevin filmdə çox qorxduğu qaranlıq, qorxunc çardaq tam vanna otağı və çəllək ilə tamamlanan parlaq və havalı bir otaqa çevrildi. Evin qalan hissəsi də təmir olunub, zirzəmidə böyük “idman meydançası”, tam təchiz olunmuş idman zalı, hətta ən müasir kinoteatr da var.
Mənbə: TGRT