Yaponiyada bir restoranda ilan balığı yeyən onlarla insan xəstəxanaya axışıb. Diareya və qusma şikayəti ilə xəstəxanaya müraciət edən 130 nəfərin ilan balığından zəhərləndiyi müəyyən edilib. Hadisə nəticəsində 1 nəfər həlak olub.
Yaponiyada ən çox istehlak edilən qidalardan biri olan ilan balığı can aldı. Tokioda yerləşən bir restoran şəbəkəsində ilan balığı yeyən 130 nəfər xəstəxanaya yerləşdirilib.
Xəstəxanaya ishal və qusma şikayətləri ilə müraciət edən şəxslərdə zəhərlənmə aşkar edilib. Aparılan analizlər nəticəsində 130 nəfərdə “aureus stafilokok” bakteriyası aşkar edilib.
90 yaşlarında bir qadının dünyasını dəyişdiyi, ölümün dəqiq səbəbinin müəyyən edilməsi üçün ətraflı araşdırmalara başlanıldığı bildirilib. Bildirilib ki, zəhərlənən xəstələrdə aparılan analizlərdə qusma və ishal yarada bilən “stafilokok aureus” bakteriyaları aşkar edilib.
Restoran rəhbərliyi üzr istəyib
Qida zəhərlənməsinə səbəb olan restoranın müdiri Soiçiro Tomita mövzu ilə bağlı verdiyi açıqlamada, “Tomita, can itkisinə görə üzr istədiklərini vurğulayaraq, satdığımız məhsulların vurduğu ziyana görə xalqdan üzr istəyirik” deyib.
Qida təhlükəsizliyi tədbirlərini gücləndirərək hadisənin təkrarlanmasının qarşısını alacaqlarını bildiriblər.
Mənbə: TGRT