14 C
Baku
21 Noyabr 2024, 21:42
Baş xəbərSosial

İlan sancması zamanı bunları bilməyimiz vacibdir

Bugun.tv  xəbər verir ki, havaların isinməsi ilə əlaqədar Bakıda və bölgələrdə ilanların və həşəratların aktivliyi artıb.

Bu hallardan özünüzü qorumaq üçün nələr etməliyik?

Qeyd edək ki, respublikamızda 30-a yaxın ilan növü var. Hər il bölgələrdə ilan sancması halları müşahidə olunur. Bu zamanı dəri şişir, qızarır və tədricən göyərməyə başlayır. Zərərçəkən şəxsdə baş gicəllənmə, ürəkbulanma, nəfəs darlığı kimi əlamətlər müşahidə olunur. Bir çox halda ürək atışları da sürətlənir. Zəhər mərkəzi sinir və qan-damar sisteminə təsir edir. İnsanlar belə halla qarşılaşan zaman təvşişə düşür.

Toksikoloq Əlövsət Kərimov bildirir ki, əhali arasında ilan sancması zamanı ilk tibbi yardımla bağlı yanlış fikirlər mövcuddur. “Əgər biz sorğu aparsaq çox adam deyəcək ki, ilan sancan kimi həmin ətrafı təcili bağlamaq lazımdır, sıxmaq lazımdır. Halbuki, bunu etmək qəti olmaz! Çünki, belə hallarda ağırlaşmalar ölümlə nəticələnə bilər. İlk yardım kimi həmin yaranı dezinfeksiya etmək, sıxmayan bintlə sarğı qoymaq kifayətdir. Əgər hər hansı ağrı varsa ağrıkəsici və allergiyaya qarşı sadə bir preparat qəbul edib, həkim gələnə qədər yardıma göstərmək lazımdı”.

Ə.Kərimovun sözlərinə görə, ilan sancan nahiyəyə çox toxunmaq və hərəkət etdirmək zəhərin daha da yayılmasına gətirib çıxarır. Zəhərə qarşı zərdablar müəyyən analizlərdən sonra müəyyən edilir və zərdabın effektivliyi ilk sutkada özünü göstərir. “İlan zəhərinin tərkibində 50-dən çox müxtəlif toksin, ferment və qeyri-ferment toksin pretoksin var. Və ilanın dişinin uzunluğu 2 sms-ə bərabərdir. İlk əvvəl həmin yaranı dağıtmaq, kəsmək oradan qan çıxarmaq və.s kimi hərəkətlər etmək olmaz. Birinci növbədə bilmək lazımdır ki, erkən mərhələdə ilan zəhəri, ümumiyyətlə qanla bədənə yayılmır, limfotik damarlarla yayılır. Ona görə qan damarlarını sıxmaqla siz, heç bir şeyə nail ola bilmirsiniz. İlan zəhəri daha dərin toxumalara, hətta sümüyə qədər gedir. Belə hallarda ildırımvari zəhər bədənə yayılır”,- həkim əlavə edib. Mütəxəssislərin fikrincə, ilanla qarşılaşarkən qəfil hərəkətlər də etmək olmaz. Yay aylarında ilan və həşəratlar özləri üçün kölgəlik və sərin yerlər seçdiklərindən evlərin zirzəmilərində ehtiyatlı olmaq tövsiyə edilir.

Aynur Camal

Oxşar xəbərlər

Bu gün yazıçı-nasir, kinoredaktor Fərman Kərimzadənin doğum günüdür

Aynur Camal

Daşqın nəticəsində ölənlərin sayı 26-ya yüksəldi

Aynur Camal

İlham Əliyev İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi nazirini qəbul etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu