27 C
Baku
29 İyun 2025, 13:41
Baş xəbər

İlham Əliyev Çin Xalq Respublikasının Sədrini təbrik etdi

Prezident İlham Əliyev Çin təqvimi ilə Yeni ilin gəlişi münasibətilə Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlyıb.

Bugun.tv  xəbər verir ki, məktubda deyilir: “Qarşıdan gələn Bahar bayramı münasibətilə Sizi və Sizin simanızda dost Çin xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Çin təqvimi ilə Yeni ilin gəlişini qeyd edən bu bayram minilliklərin sınağından çıxmış həyat fəlsəfəsinin dolğun təcəssümüdür. Təbiətə yeni görkəm və canlanma, insanlara yeni ruh gətirən bu bahar bayramının dost xalqınıza və ölkənizə xoş günlər, əmin-amanlıq və ruzi-bərəkət bəxş etməsini arzulayıram.

Fürsətdən istifadə edərək Azərbaycan ilə Çin arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərinin bundan sonra da birgə səylərimizlə uğurla inkişaf etdirmək və genişləndirmək əzmində olduğumu bildirirəm”.

Nigar Məmmədova

Oxşar xəbərlər

Buz kütləsi alpinistləri sürüklədi! Mont Blanc dağından kədərli xəbər gəldi

Aynur Camal

Danimarkadan Qazproma icazə

Aynur Camal

“Müdafiəsiz uşaqların səsi ol”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu