21 C
Baku
13 İyun 2025, 6:58
Baş xəbər

İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Telefon söhbəti zamanı iqtisadi-ticari əməkdaşlığın, o cümlədən energetika və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirilməsi perspektivləri geniş müzakirə olunub.

Cənubi Qafqaz regionunda cari vəziyyət barədə də ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin təmin olunması məqsədilə ardıcıl tədbirlərin görülməsinin əhəmiyyəti qeyd edilib. Bu kontekstdə Rusiya, Azərbaycan və Ermənistan arasında yüksək səviyyədə əldə olunmuş müvafiq razılaşmaların qeyd-şərtsiz yerinə yetirilməsinin vacibliyi vurğulanıb. Təmasların müxtəlif formatlarda davam etdiriləcəyi qeyd olunub. Mənbə: prezident.az

Aynur Camal

Oxşar xəbərlər

CNN Türk soruşdu: Tramp Türkiyəyə gəlirmi? Ağ Evdən verilən suala cavab

Aynur Camal

Unikal Hadisə: Florida Zooparkında doğulan körpə Şərqi Bonqo

Aynur Camal

“Pezeşkianın Azərbaycana rəsmi səfəri bir çox vacib məqamlarla yadda qaldı”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu