28 C
Baku
20 İyul 2025, 23:29
Baş xəbərDünyaİdman

İlham Əliyev türkiyəli ağır atletləri təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağır atletika üzrə Avropa çempionu Cansu Bektaş və Ağır atletika üzrə Avropa çempionatının gümüş medal sahibi Qamze Altunu təbrik ediblər.

Bugun.tv-nin xəbərinə görə, təbrikdə deyilir:

“Əziz Cansu və Qamze,

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qızıl və gümüş medallar qazanmağınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirik.

Sizin yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək dünya miqyasında Türkiyə bayrağını dalğalandırmağınız, İstiqlal Marşını səsləndirməyiniz bütün Azərbaycan xalqını sevindirdi.

Qələbələrinizi Azərbaycana həsr etdiyinizə görə Sizə xüsusi təşəkkür edirik. Bu, bir daha onu sübut etdi ki, Azərbaycan olmayan yerdə Türkiyə daim bizi təmsil edir və haqq işimizi dəstəkləyir. Bu, sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığının növbəti təzahürüdür.

Biz Sizinlə fəxr edir, bundan sonra da yeni-yeni qələbələr diləyirik”.

Mənbə:TRT haber
Nigar Məmmədova

Oxşar xəbərlər

Meşə sahəsində baş verən yanğın söndürüldü

Bugün TV

“Toyota” kompaniyası on bir ayda rekord sayda avtomobil istehsal etdi

Teymur Əziz

G20-yə sədrlik Braziliyadan Cənubi Afrikaya keçdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu