6 C
Baku
24 Fevral 2026, 3:19
Baş xəbər

İlham Əliyev: “Azərbaycan-Kuba əməkdaşlığının inkişafı üçün böyük perspektivlər var”

“Azərbaycan-Kuba əməkdaşlığının inkişafı üçün böyük perspektivlər var və bu, səhiyyə sahəsində xüsusi əhəmiyyət kəsb edir”.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

Dövlətimizin başçısı, həmçinin turizm, təhsil, kənd təsərrüfatı, mədəniyyət, əczaçılıq kimi sahələrdə əlaqələri inkişaf etdirmək üçün imkanların olduğunu deyib.

Ölkələrimizin ənənəvi dostluq münasibətlərini, beynəlxalq təşkilatlarda, o cümlədən Qoşulmama Hərəkatında sıx əməkdaşlıq etdiyini vurğulayan Prezident İlham Əliyev pandemiya dövründə kubalı həkim və tibb işçilərinin Azərbaycandakı fəaliyyətinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Bugün TV

Oxşar xəbərlər

Rusiya-Ukrayna müharibəsindən 4 il ötdü

Aynur Camal

Deputat əlavə məzuniyyət kompensasiyaları ilə bağlı qərarı açıqladı

Aynur Camal

Oruc tutarkən bədəninizi necə qidalandırmaq olar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu