Baş xəbər

İlham Əliyev: “Azərbaycanın Aİİ ilə sıx əlaqələrə doğru hərəkətində heç bir tabu yoxdur”

Prezident İlham Əliyev  bildirib ki, Azərbaycanın Avrasiya İqtisadi İttifaqı ilə sıx əlaqələrə doğru hərəkətində heç bir qadağa predmeti yoxdur.

Bugun.tv TASS-a istinadən xəbər verir ki, ölkə başçısı bu barədə “Moskva.Kremlin.Putin” proqramına müsahibəsində bildirib.

“Daha sıx əlaqələrə gedən yolda heç bir tabu yoxdur. Yenə də hər şey qlobal iqtisadiyyatla bağlı konkret vəziyyətdən və Azərbaycanın iqtisadi vəziyyətindən asılı olacaq. Deməli, bunu zaman göstərəcək”,- İ. Əliyev söyləyib. Proqramın fraqmenti aparıcı Pavel Zarubinin Teleqram kanalında yerləşdirilib.

“Düşünürəm ki, Azərbaycanın ilk dəfə olaraq Aİİ sammitində iştirak etməsi faktı bizim bu struktura göstərdiyimiz marağı və onun üzv ölkələri ilə daha sıx əlaqələrə doğru irəliləyişimizi nümayiş etdirir”, – o əlavə edib.

İ.Əliyev qeyd edib ki, Azərbaycan iqtisadiyyatı açıq və balanslaşdırılıb. Ona görə də gələcək inteqrasiya istisna olunmur. O, həmçinin bildirib ki, Aİİ ölkələrinin istifadə etdiyi imtiyazlar kifayət qədər cəlbedicidir.

Qeyd edək ki, mayın 24-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının iclası keçirilib. Azərbaycan ilk dəfə iştirak etdi.

Mənbə: TASS

Bugün TV

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu