Baş xəbərSiyasət

İlham Əliyev: Biz Ermənistanla münaqişəni sülh yolu ilə həll etməyə çalışdıq

Biz çox çalışdıq ki, Ermənistanla münaqişəni sülh yolu ilə həll edək.

Bugun.tv  xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da “Bu gün dünya: çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

“Münaqişələr iki yolla həll oluna bilər: sülh və qeyri-sülh. Biz Ermənistanla münaqişənin sülh yolu ilə həllinə çox çalışdıq, baxmayaraq ki, Ermənistanın Azərbaycanda işğalı nəticəsində humanitar böhran yaranıb, 1 mln. Azərbaycanlılar evsiz-eşiksiz qalıb, qaçqın və məcburi köçkünə çevriliblər”, – dövlət başçısı vurğulayıb.

O, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apardığını, onları Qarabağdan qovduğunu, bir milyon azərbaycanlının əzab-əziyyətə məruz qaldığını qeyd edib.

“Problemi sülh yolu ilə həll etmək və Ermənistanı BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam, qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə əməl etməyə inandırmaq cəhdlərimizə baxmayaraq, Ermənistan bu qətnamələrə məhəl qoymayıb, beynəlxalq hüquqa və ictimaiyyətə hörmətsizlik nümayiş etdirib”- prezident əlavə edib.

Aynur Camal

Oxşar xəbərlər

İspaniya və Portuqaliyada yeni sel təhlükəsi

Aynur Camal

Azərbaycan Türkiyəyə həmrəylik mesajı yayımladı

Aynur Camal

İran–ABŞ nüvə danışıqları başladı: görüşlər Omanda keçirilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu