25 C
Baku
20 İyul 2025, 7:58
Baş xəbərSiyasət

İlham Əliyev Bosniya və Herseqovinanın təhlükəsizlik nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Bosniya və Herseqovina

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi sahədə çox yaxşı səviyyədə olduğu bildirildi, əlaqələrimizin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi qeyd olundu və bu əlaqələrin genişləndirilməsi üçün önəmli addımların atıldığı vurğulandı.

Söhbət zamanı yüksək səviyyədə keçirilən görüşlərin münasibətlərimizin inkişafı və perspektivlərin müzakirəsi baxımından önəmi qeyd edildi, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğu bildirildi, Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiçin ölkəmizə səfərinin bu işə töhfə verəcəyinə ümidvarlıq ifadə edildi.

Görüşdə COVID-19 dövründə, həmçinin Bosniya və Herseqovinada baş vermiş daşqınlar zamanı Azərbaycanın göstərdiyi dəstək bir daha yüksək qiymətləndirildi.

Nigar Məmmədova

Oxşar xəbərlər

Bu ölkəyə yeni baş nazir və nazirlər təyin edildi

Nigar Məmmədova

Karateçilərimiz Avropa çempionatında 8 medal qazanıb

Aynur Camal

TRT haber Heydər Əliyevin 100 illik yubileyindən yazdı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu