27 C
Baku
28 İyun 2025, 12:36
Baş xəbər

İlham Əliyev: “İran polisi tərəfindən hər hansı ciddi tədbir görülməyib”

Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin binasında törədilən terror aktı hazırda Azərbaycan tərəfindən hərtərəfli şəkildə araşdırılır.

Bugun.tv AZƏRTAC-a istinadən, xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin milli təhsil naziri Mahmut Özeri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvünü videokonfrans formatında qəbul edərkən deyib.

Dövlətimizin başçısı bildirib ki, səfirliyimizin binasında törədilən terror hadisəsi prosesinin xeyli vaxt çəkməsinə baxmayaraq, İranın polis və təhlükəsizlik qüvvələri tərəfindən hər hansı ciddi tədbir görülməyib. Səfirliyin mühafizə əməkdaşının qəhrəmanlığı nəticəsində terrorçu zərərsizləşdirilib və bununla da silahlı şəxsin səfirliyin başqa əməkdaşlarına və onların ailə üzvlərinə hücumunun qarşısı alınıb.

Nigar Məmmədova

Oxşar xəbərlər

Saxta sənədlər hazırlayan şəxs saxlanıldı

Nigar Məmmədova

ABŞ və Husilər arasında gərginlik artır: Sədaya hava hücumları

Aynur Camal

ABŞ-ı fırtına vurdu! Ölənlərin sayı 14-ə yüksəldi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu