27 C
Baku
28 İyun 2025, 10:29
Baş xəbərSiyasət

İlham Əliyev Pakistan Prezidentinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Arif Alviyə başsağlığı verib.

“Başsağlığı məktubunda deyilir: “Hörmətli cənab Prezident, Peşəvər şəhərindəki məsciddə törədilmiş partlayış nəticəsində çox sayda insanın həlak olması və yaralanması barədə xəbər bizi olduqca kədərləndirdi.

Biz bu dəhşətli terror aktından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı ən kəskin şəkildə mübarizəni labüd hesab edirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram. Allah rəhmət eləsin!”

Mənbə: prezident.az

Aynur Camal

Oxşar xəbərlər

Nazir mədəniyyət müəssələrinə baxış keçirib – FOTO

Aynur Camal

Meşə yanğını nəzarət altına alındı

Bugün TV

Texasda yük maşınında 46 ölü miqrant tapıldı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu