23 C
Baku
10 İyun 2025, 1:35
Baş xəbər

İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Telefon söhbəti zamanı iqtisadi-ticari əməkdaşlığın, o cümlədən energetika və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirilməsi perspektivləri geniş müzakirə olunub.

Cənubi Qafqaz regionunda cari vəziyyət barədə də ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin təmin olunması məqsədilə ardıcıl tədbirlərin görülməsinin əhəmiyyəti qeyd edilib. Bu kontekstdə Rusiya, Azərbaycan və Ermənistan arasında yüksək səviyyədə əldə olunmuş müvafiq razılaşmaların qeyd-şərtsiz yerinə yetirilməsinin vacibliyi vurğulanıb. Təmasların müxtəlif formatlarda davam etdiriləcəyi qeyd olunub. Mənbə: prezident.az

Aynur Camal

Oxşar xəbərlər

Hebron şəhərinə də basqın edildi

Aynur Camal

Uzaqgörən siyasətin nəticəsi – FOTO

Aynur Camal

Sabah bəzi ünvanlarda su kəsiləcək

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu