6 C
Baku
10 Fevral 2026, 2:02
Siyasət

İlham Əliyev ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Kornun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Söhbət zamanı Prezident İlham Əliyevlə ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının nümayəndələrinin əvvəlki görüşləri məmnunluqla xatırlanıb.

Qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən Betsi Berns Korn Azərbaycanın strateji əhəmiyyətini, həmçinin ABŞ və İsraillə yaxşı əlaqələrini nəzərə alaraq əməkdaşlığın genişləndirilməsi baxımından məsələlərin müzakirəsi üçün böyük nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlməkdən məmnunluğunu ifadə edib.

Betsi Berns Korn ötən ilin avqustunda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. O, bu məsələdə Azərbaycan Prezidentinin nümayiş etdirdiyi liderliyi və ABŞ Prezidentinin göstərdiyi səyləri xüsusi vurğulayıb.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirərək, nailiyyətlərin əldə olunmasında ABŞ Prezidenti Donald Trampın roluna toxundu. Azərbaycan və Ermənistan tərəfinin artıq sülh şəraitində yaşamağa öyrəşdiklərini deyən Prezident İlham Əliyev bölgədə sülh və sabitliyin təmin edilməsinin regionun inkişafına mühüm töhfə verəcəyini vurğulayaraq, TRIPP və digər bağlantı layihələrinin regional əməkdaşlığın genişləndirilməsi baxımından önəmini qeyd edib.

Donald Trampın hakimiyyətə gəlməsindən sonra Azərbaycan-ABŞ əlaqələrinin uğurla inkişaf etdiyini bildirən dövlətimizin başçısı son 6 ayda ABŞ Prezidenti ilə bir neçə dəfə görüşməsini ikitərəfli münasibətlərimizin tarixində ilk nümunə olduğunu dedi.

Görüşdə Azərbaycanda tarixən tolerant mühitin hökm sürdüyü qeyd edilib, digər xalqların nümayəndələrinə olduğu kimi yəhudilərə də göstərilən dövlət qayğısına toxunulub.

Söhbət zamanı Azərbaycan-ABŞ əlaqələrinin inkişafından məmnunluq bildirilib, Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransı ilə ölkəmiz arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edildi, onların Azərbaycan-ABŞ və Azərbaycan-İsrail ikitərəfli münasibətlərinin genişlənməsində rolu vurğulanıb.

Mənbə: prezident.az

Aynur Camal

Oxşar xəbərlər

İlk qadın baş naziri ölkə tarixində ən böyük seçki qələbəsini qazandı

Aynur Camal

İran–ABŞ nüvə danışıqları başladı: görüşlər Omanda keçirilir

Aynur Camal

“Prezident İlham Əliyev bütün dünyada sülhün, təhlükəsizliyin və zəfərin canlı simvoludur”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu