Baş xəbər

İlham Əliyev Bakıda məişət tullantıları daşıyan texnikalarla tanış olub

Bugun.tv– yə daxil olan məlumata görə, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzinin həyətində məişət tullantıları daşıyan texnikalarla tanış olub.

Bu texnikalar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə Gəncə Avtomobil Zavodunda istehsal edilib və ölkənin müxtəlif şəhər və rayonlarına göndəriləcək.

Layihə çərçivəsində hər birinin tutumu 22 kubmetr olan 70 kommunal texnika istehsal olunub. Bu texnikalar Bakı şəhərində Ekspo Mərkəzindən və Gəncə Avtomobil Zavodunun həyətindən Azərbaycanın 58 şəhər və rayonuna paylanacaq.

Prezidentə layihə barədə Ekologiya və Təbii Sərvətlər naziri Rəşad İsmayılov və “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev məlumat veriblər.

Dövlət başçısı vurğulayıb ki, layihə regionlarda kommunal xidmətlərin keyfiyyətinin artırılması, sanitariya-gigiyena vəziyyətinin yaxşılaşdırılması və ətraf mühitin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Layihə həmçinin yerli istehsalın inkişafına töhfə verir. Gəncə Avtomobil Zavodunda əvvəllər traktor, kombayn, kənd təsərrüfatı texnikası, minik və yük avtomobilləri istehsal olunub.

Zavodun əsası 1986-cı ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qoyulub, 2004-cü ildə isə Prezident İlham Əliyevin tapşırığı ilə fəaliyyətə başlayıb. Hazırda zavodda təxminən 500 işçi çalışır.

Mənbə: prezident.az

Aynur Camal

Oxşar xəbərlər

“ABŞ-ın hazırkı marağı Xamenei sonrası mərhələdir”

Aynur Camal

Bakıda “Mərhəmət gecəsi” adlı xeyriyyə tədbiri keçiriləcək

Aynur Camal

İlham Əliyevin Efiopiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub, sənədlər imzalanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu