13 C
Baku
2 Dekabr 2025, 23:53
Baş xəbərSiyasət

İlham Əliyev cənab Jelko Komşiçə təbrik məktubu göndərdi

Bugun.tv xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Zati-aliləri cənab Jelko Komşiçə təbrik məktubu göndərib:

Hörmətli cənab Sədr,

Bosniya və Herseqovinanın milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Azərbaycan ilə Bosniya və Herseqovina arasında dostluq və əməkdaşlıq münasibətləri xoş ənənələrə malikdir. İnanıram ki, ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə genişləndirilməsi yolunda birgə səylərimiz bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Bosniya və Herseqovina xalqına daim əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bugün TV

Oxşar xəbərlər

“Yaşıl dünya naminə həmrəylik”

Aynur Camal

Yanğın tüstüsündən 12 avtomobil bir-birinə çırpıldı: 2 nəfər öldü, 35 nəfər yaralandı

Bugün TV

İranın hərbi nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş rayonlarına səfər edib

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu