17 C
Baku
27 Oktyabr 2025, 4:22
Baş xəbərSiyasət

İlham Əliyev Füzuli rayonunun Cuvarlı kəndinin təməlini qoyub 

Bugun.tv xəbər verir ki, oktyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonuna səfər edib.

Dövlətimizin başçısı Füzuli rayonunun Cuvarlı kəndinin təməlinin qoyulması mərasimində iştirak etdi.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov kənddə görüləcək işlər barədə məlumat verdi.

Bildirildi ki, Cuvarlı kəndinin layihələndirilən ümumi ərazisi 115 hektardır. Kəndə 1697 nəfərin köçürülməsi planlaşdırılıb. Burada ümumilikdə 291 fərdi ev və 2-4 mərtəbəli 21 yaşayış binası tikiləcək. Kəndin inşasının birinci mərhələsi üçün 28,1 hektar torpaq sahəsi ayrılıb və 129 fərdi ev tikiləcək. Bu mərhələdə kəndə 129 ailənin – 508 nəfərin köçürülməsi planlaşdırılır.

Qeyd edildi ki, kənddə çoxfunksiyalı inzibati binanın, Bayraq meydanının, kafe-restoranın, mərasim evinin, çörək sexinin, aptekin, idman klubunun, ailə sağlamlıq mərkəzinin, 312 şagird yerlik orta məktəbin, 50 yerlik uşaq bağçasının, istirahət və yaşıllıq zonalarının, klub-icma mərkəzinin, kitabxananın, ticarət obyektinin, bazarın, qonaq evinin tikilməsi planlaşdırılıb.

Diqqətə çatdırıldı ki, kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Enerjiyə qənaət etmək məqsədilə alternativ enerjidən istifadə və istilik tutumlu evlərin inşası nəzərdə tutulub.

Prezident İlham Əliyev Cuvarlı kəndinin təməlini qoydu.

 

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Səhərdən bəri İsrailin hücumlarında 100 nəfər ölüb

Aynur Camal

İcbari tibbi sığorta ilə bağlı ictimai müzakirələr keçirilib

Bugün TV

Nyu-Yorkda Pasxa bayramı zamanı kilsə yandı, 5 nəfər yaralandı – FOTOLAR

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu