Bu gün İlham Əliyev Seyid Abbas Əraqçi-nin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident vurğulayıb ki, Azərbaycan və İran arasında əsrlər boyu formalaşmış əlaqələr vardır, bu gün münasibətlərimizin fəallaşması sevindiricidir.
Görüş zamanı iqtisadi, ticarət, nəqliyyat, enerji və digər sahələr üzrə ikitərəfli əməkdaşlıq gündəliyinin geniş olduğu, bütün istiqamətlər üzrə konkret yol-xəritələrinin hazırlandığı bildirilib.
Eyni zamanda, nazir və nümayəndə heyəti Bakıda Şəhidlər Xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.

Mənbə: Prezident.az
