Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Məsud Pezeşkiyan arasında telefon danışığı baş tutub.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Danışıq zamanı İlham Əliyev regionda baş verən proseslərdən narahatlıq ifadə edərək, Azərbaycanın gərginliyin azaldılmasına töhfə verməyə hazır olduğunu bildirib. Prezident məsələlərin dialoq və qarşılıqlı razılaşma yolu ilə həllinin tərəfdarı olduqlarını vurğulayıb.
İran Prezidenti Məsud Pezeşkiyan isə İlham Əliyevin konstruktiv mövqeyinə görə təşəkkür edib.
Tərəflər söhbət zamanı gələcəkdə atıla biləcək birgə addımlar ətrafında fikir mübadiləsi aparıb və əlaqələrin davam etdirilməsi barədə razılığa gəliblər.
Mənbə: TrtHaber
