24 C
Baku
10 İyul 2025, 13:18
DünyaSiyasət

İlham Əliyev Xankəndidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Xankəndidə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Rəcəb Tayyib Ərdoğan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün yüksək səviyyədə keçirildiyini vurğulayıb.

Dövlətimizin başçısı Zirvə görüşündə iştirak etdiyinə görə Türkiyə Prezidentinə minnətdarlığını bildirdi.

Söhbət zamanı qardaşlıq və strateji müttəfiqlik münasibətlərimizin bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd etdi.

Rəcəb Tayyib Ərdoğan bir daha vurğuladı ki, qardaş Türkiyə hər zaman və hər bir məsələdə qardaş Azərbaycanın yanındadır. Türkiyə Prezidenti vurğulayıb ki, bu, həmişə belə olub və bundan sonra da belə olacaqdır.

Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanın bu sözlərinə görə təşəkkürünü bildirərək öz növbəsində vurğuladı ki, Azərbaycan da həm sevincli, həm də kədərli günlərdə həmişə qardaş Türkiyənin yanındadır.

Azərbaycan və Türkiyə prezidentləri, həmçinin əməkdaşlığımızın perspektivlərinə və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi apardılar.

Mənbə: Prezident.az

Aynur Camal

Oxşar xəbərlər

Paşinyan həmişəki kimi yalan danışmağa davam edir

Nigar Məmmədova

Britaniyanın xarici işlər naziri Sudan rəhbərliyinə çağırış etdi

Nigar Məmmədova

“Çirkin səslər” varmı?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu