Bugun.tv xəbər verir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti Ilham Aliyevin Abiy Ahmed ilə geniş tərkibdə görüşü keçirilib.
Görüşdən sonra Prezident İlham Əliyevin və Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin iştirakı ilə sənədlərin imzalanma mərasimi baş tutub.
Azərbaycanın xarici işlər naziri Jeyhun Bayramov və Efiopiyanın xarici işlər naziri Gedion Timotheos “Azərbaycan Respublikası ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”i və “Birləşmiş Millətlər Təşkilatının İqlim Konfransının (COP32) otuz ikinci sessiyasının təşkilində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalayıblar.
Qeyd edək ki, Efiopiyanın Baş nazirinin Azərbaycana səfəri çərçivəsində bir sıra digər sənədlər də imzalanıb.

Bunlar aşağıdakılardır:
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Efiopiya Federativ Demokratik Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında Anlaşma Memorandumu;
Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Efiopiyanın Federal Etika və Antikorrupsiya Komissiyası arasında Anlaşma Memorandumu;
Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ilə Efiopiya İnvestisiya Komissiyası arasında Anlaşma Memorandumu;
Azərbaycan Televiziya və Radio Verilişləri QSC ilə Ethiopian Broadcasting Corporation arasında Anlaşma Memorandumu.
Mənbə: prezident.az
