Prezident İlham Əliyevin dost qardaş ölkə olan Özbəkistana səfəri ərəfəsində Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi geniş və məzmunlu müsahibə bir daha sübut edir ki, Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər təkcə dövlətlərarası deyil, eyni zamanda xalqlarımızın ortaq mənəvi, tarixi və mədəni irsinə söykənən sarsılmaz qardaşlıq telləri ilə bağlıdır.
Dövlət başçımızın fikirləri açıq şəkildə göstərir ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri zamanın sınağından uğurla çıxmış, dərin köklərə malik və ardıcıl surətdə inkişaf edən möhkəm bir bazaya əsaslanır. Bu əlaqələrdə Prezident İlham Əliyev ilə Şavkat Mirziyoyev arasındakı etimad və dostluq münasibətlər başlıca rol oynayır ki, məhz bu səbəbdən müsahibədə şəxsi diplomatiya anlayışı xüsusi olaraq vurğulanıb.

