Prezident İlham Əliyev milli kimliyimiz və Türk dünyasının birliyi ilə bağlı möhtəşəm bir sərəncam imzalayıb.
Xatırladaq ki, 1926-cı ilin fevralında Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay, türk xalqlarının elmi, mədəni və mənəvi tarixində fundamental əhəmiyyət kəsb edən bir hadisə olaraq tarixə düşüb..
Bu qurultay, yalnız Azərbaycan elmi mühitində deyil, bütün türk dünyasında türkologiya elminin sistemli inkişaf mərhələsini formalaşdırmaqla, türk dillərinin, ədəbiyyatının, etnoqrafiyasının və tarixi-mədəni irsinin əhatəli şəkildə öyrənilməsi üçün nəzəri və praktik baza yaradıb.
Qurultay yalnız əlifba və orfoqrafiya məsələləri ilə kifayətlənməyib, elmi terminologiyanın sistemləşdirilməsi, türk dillərinin orfoqrafik tədqiqi, ölkəşünaslıq, arxeoloji və etnoqrafik araşdırmaları da əhatə edərək türkologiyada multidissiplinar yanaşmanın əsasını qoyub.
