11 C
Baku
17 Mart 2026, 16:53
Baş xəbərSiyasət

İlham Əliyev: Çin Azərbaycan üçün etibarlı tərəfdaş və dost dövlətdir

“Çin Azərbaycan üçün etibarlı tərəfdaş və dost dövlətdir. Biz Azərbaycan ilə Çin arasında tarixi ənənələrə əsaslanan və möhkəm təməllər üzərində qurulan münasibətlərə xüsusi əhəmiyyət veririk. Sevindirici haldır ki, hər gün yüksələn xətlə inkişaf edən dövlətlərarası əlaqələrimiz indiki səviyyəyə yüksəlib, yeni məzmun kəsb edib”.

Bugun.tv xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrikində deyib.

Burada qeyd olunur: “Daim genişlənən siyasi dialoq, iqtisadi, nəqliyyat, logistika, infrastruktur, investisiya, enerji və digər sahələrdə uğurlu əməkdaşlıq, “Kəmər və Yol”, “Orta Dəhliz” layihələri çərçivəsində tərəfdaşlıq, Çin şirkətlərinin bərpa işlərində fəal iştirakı və Ölkəmizin işğaldan azad edilmiş ərazilərində aparılan yenidənqurma işləri yaxın əlaqələrimizi səciyyələndirən mühüm amillərdəndir”.

Eyni zamanda dövlətimizin başçısı Azərbaycan-Çin əlaqələrinin bütün sahələrdə dərinləşməsinə, əməkdaşlığın genişləndirilməsinə, regional iqtisadi tərəfdaşlıq üçün geniş perspektivlər açan infrastruktur layihələri çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə yönəlmiş birgə səylərin gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini bildirib. Mənbə: prezident.az

Aynur Camal

Oxşar xəbərlər

Ramazanın son günləri ilə bağlı çağırış edib

Aynur Camal

İran XİN rəhbəri ABŞ-la gizli təmas iddialarını təkzib etdi

Aynur Camal

Deputat Ceyhun Məmmədov Torpaq Çərşənbəsi münasibətilə vətəndaşları təbrik edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu