14 C
Baku
17 Fevral 2026, 21:08
Baş xəbərİdman

İlk dəfə buz üstə xokey

1875 –ci ilin bu günündə ilk dəfə qapalı buz meydanında xokkey oyunu təşkil olunub. Monrealda keçirilən bu qarşılaşmada hər komanda 7 nəfərlik heyətlə təmsil olunub.

Qeyd edək ki, ilk dəfə buz üstə xokey, orta çağlarda Şimali Avropalılar tərəfindən oynanmaqda idi. 19-cu əsrin ortalarında isə primitiv formada Kanadada oynanmağa başlanılıb.

İlk rəsmi xokey oyununun 1855-də Kinqston, Ontarioda oynandığı düşünülməkdədir.

Ən yaxşı Kanadalı xokey komandasına Lord Stenli mükafatı verilirdi və bu ənənə 1893-cü ildən indiyədək davam etməkdədir.

Maraqlı faktlardan biri də odur ki,1959-da “Monreal Kanadiens” komandasının qapıçısı Jak Plant 3-cü dəqiqədə burnunun sınmasından sonra maskadan istifadə edib və bu hadisədən sonra oyunçuların xokkey maskasından istifadəsinə icazə verilib.

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Tramp Zelenskini Rusiyaya güzəştə getməyə məcbur edir

Aynur Camal

Prezident İlham Əliyev: Rusiya Kiyevdəki Azərbaycan səfirliyinə ‘qəsdən hücum edib’

Aynur Camal

🌙 Ramazan ayının başlanğıcı üçün hilal axtarışı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu