28 C
Baku
8 Sentyabr 2025, 13:44
Dünya

İlkin seçkidə Trampı üzəcək nəticə! 

Noyabrda ABŞ-da keçiriləcək Konqresə seçkilər üçün səsvermə başlayıb. Dörd ştatda keçirilən praymerizin nəticələrində AIPAC-ın təsiri ön plana çıxsa da, keçmiş prezident Trampın dəstəklədiyi namizədlər geridə qalıb. Nyu Yorkda İsrailyönlü Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) dəstəklədiyi Corc Latimer “The Squad” adlı qrupun üzvü Camal Bowman-ı məğlub edib. AIPAC-ın Bowmanın itirməsi üçün 15 milyon dollar bağışladığı bildirilir”.

Kolorado, Yuta və Cənubi Karolinada keçmiş prezident Trampın dəstəklədiyi namizədlər rəqiblərinə məğlub olublar. Bu vəziyyət “Respublika Partiyasının prezidentliyə namizədi praymerizdə zəif idi” kimi şərh edilib.

Koloradoda Lauran Boebert Respublikaçılar Partiyasının ən güclü Tramp müdafiəçilərindən biri kimi tanınır, ştatın 5-ci dairəsində Trampın dəstəklədiyi namizəd Dave Williams isə seçkidə məğlub olub. Yuta ştatında istefada olan respublikaçı senator Mitt Romninin yerinə namizədliyini irəli sürən Trampın dəstəklədiyi namizəd Trent Staqqs rəqibi Con Kertisə böyük fərqlə məğlub olub.

Cənubi Karolinada Trampın dəstəklədiyi namizəd Mark Burns ştatın respublikaçı qubernatoru Makmasterin dəstəklədiyi Şeri Biqsa iki xalla uduzub.

Mənbə: TGRT

Sevinc Sadıqova

Oxşar xəbərlər

Hollandiyanın 15 şəhərində Qurani-Kərim paylanıldı

Aynur Camal

Aprel ayının ən qəribə hadisələri

Aynur Camal

Gecələr televizor niyə xırıldayır?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu