27 C
Baku
28 İyun 2025, 10:20
DünyaSiyasət

İlon Mask Medvedevin Twitterdəki qalmaqallı bəyanatı silmədi

İlon Mask Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Twitter sosial şəbəkəsində daha əvvəl dərc etdiyi bəyanatı silməkdən imtina edib.

Bugun.tv xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Abunəçilərindən biri Maskın diqqətini Medvedevin tvitinə yönəldib və “Medvedev niyə Ukraynanın heç kimə lazım olmadığını söyləyib? ” şərhini yazıb.

Amerikalı milyarder bütün xəbərlərin müəyyən dərəcədə təbliğat xarakteri daşıdığını və insanların özləri qərar verməli olduğunu bildirib. Əlavə edib ki, sözügedən platforma Rusiya dövlət strukturlarının hesablarını məhdudlaşdırmaq və ya təşviq etmək məqsədi daşımayıb.

Ötən ilin aprelində Twitter, “açıq internetə” girişi məhdudlaşdıran dövlət orqanlarına bağlı hesabları olan sosial şəbəkə istifadəçilərini bloklayacağını açıqlamışdı. Şirkətin rəhbəri o zaman dedi ki, tədbir ilk növbədə Rusiya hökumətinə təsir edəcək və 300-dən çox hesabı əhatə edəcək.

Nigar Məmmədova

Oxşar xəbərlər

İngiltərədən qalmaqallı açıqlama: “İsrailə silah ixracına davam edəcəyik”

Aynur Camal

Məşhur ad evində ölü tapılıb

Aynur Camal

Zəncirvari yol qəzasında ölənlərin sayı 41-ə yüksəldi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu